Ağır yol qəzası: bir ailədən 7 nəfər xəsarət aldı

Ağır yol qəzası: bir ailədən 7 nəfər xəsarət aldı
  07 Oktyabr 2013    Oxunub:981
Azərbaycanın Kürdəmir rayonunda ağır yol qəzası baş verib.
Rayon prokurorluğundan AzVision.az-a verilən məlumata görə, dünən saat 0.00 radələrində İmişli-Qaradonlu yolunun 6-cı km-də şəhər sakini, 1961-ci il təvəllüdlü Ağayev İxtiyar Allahverən oğlunun idarə etdiyi "VAZ-2106" markalı, maşınla 1963-cü il təvəllüdlü Orucov Tərlan Nəriman oğlunun idarə etdiyi "Kamaz" markalı maşın toqquşub.

Nəticədə Ağayev İxtiyar Allahverən oğlu hadisə yerində ölüb.

Onun idarə etdiyi maşında olan sərnişinlər- 2007-ci il təvəllüdlü Şükürova Gülsara Nazim qızı, 2009-cu il təvəllüdlü Şükürova Gülər Nazim qızı, 1969-cu il təvəllüdlü Şükürov Nazim Əzizağa oğlu, 1983-cü il təvəllüdlü Şükürova Aynurə Əlihüseyn qızı, 1977-ci il təvəllüdlü Şükürova Aytəkin Əlihüseyn qızı, 1999-cu il təvəllüdlü Cəfərova Aytel Malik qızı və 2001-ci il təvəllüdlü Cəfərova Aysun Malik qızı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə rayon prokurorunun iştirakı ilə baxış keçirilib, meyitin xarici və daxili müayinəsi həyata keçirilməklə məhkəmə tibb-ekspertizaları təyin edilmiş və digər ilkin zəruri tədbirlər görülüb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Mirvari


Teqlər:  





Xəbər lenti