Putin Suriyadakı vəziyyətə görə Ərdoğana zəng etdi

Putin Suriyadakı vəziyyətə görə Ərdoğana zəng etdi
  15 Aprel 2018    Oxunub:1636
Rusiya prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
AzVision.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, prezidentlər telefon danışığında ABŞ, Böyük Britaniya və Fransanın Suriyaya raket zərbələri endirməsini müzakirə edib, bu hücumdan sonra Suriyada vəziyyətin gərginləşdiyini ifadə ediblər.

Rusiya və Türkiyə prezidentləri Suriya probleminin siyasi yolla həlli istiqamətində ikitərəfli əməkdaşlığı artırmaq barədə razılığa gəliblər.

AzVision.az


Teqlər: Türkiyə   Ərdoğan   Putin   Rusiya   Suriya  





Xəbər lenti