Kürdəmirdə daha bir yol qəzası: ölənlər var

Kürdəmirdə daha bir yol qəzası: ölənlər var
  07 Oktyabr 2013    Oxunub:969
Kürdəmir rayonunda dünən axşam saatlarında ağır yol qəzası baş verib.
Rayon prokurorluğundan AzVision.az-a verilən məlumata görə, 1978-ci il təvəllüdlü Umudov Elşad Müslüm oğlunun idarə etdiyi "Vaz 2106" markalı maşınla, 1957-ci il təvəllüdlü Fərzəliyev Gülağa Əliağa oğlunun idarə etdiyi "Kamaz" markalı maşın toqquşub.

Nəticədə "VAZ-2106" markalı maşında olan sərnişinlər- 1970-ci il təvəllüdlü Zeynalov Zülfüqar İslam oğlu və 1940-cı il təvəllüdlü Umudova Zeyvə Ağasalı qızı ölüb.

Hüseynov Səyyad Babacan oğlu, 2009-cu il təvəllüdlü Umudov Şükür Elşad oğlu, 2008-ci il təvəllüdlü Umudov Müslüm Elşad oğlu və 2005-ci il təvəllüdlü Umudov Sahil Səyyad oğlu və hər iki avtomaşının sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı cinayət işi açılıb.

Mirvari


Teqlər:  





Xəbər lenti