"Kimin silahının geridə qaldığını gördük" - Əsəddən Trampa cavab

"Kimin silahının geridə qaldığını gördük" - Əsəddən Trampa cavab
  15 Aprel 2018    Oxunub:2793
“Amerika filmlərində Rusiya istehsalı silahları geridə qalmış kimi göstərirlər. Bu gün kimin silahının geridə qaldığını gördük”

AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bunu Suriya prezidenti Bəşər Əsəd ABŞ, Böyük Britaniya və Fransanın onun ölkəsinə qarşı keçirdiyi hərbi əməliyyata münasibət bildirərkən deyib.
“Hücumların qarşısını 1970-ci illərdə istehsal edilən silahlarla aldıq. Hansı ki, 90-cı illərdən başlayaraq Amerika filmlərində rus silahları köhnə, geridə qalmış kimi göstərilir”,- Əsəd rusiyalı vəkillə görüşündə deyib.

AzVision.az


Teqlər: ABŞ   Əsəd   Suriya  





Xəbər lenti