Buludlu və yağmurlu hava şəraiti gözlənilir

  07 Oktyabr 2013    Oxunub : 365
Buludlu və yağmurlu hava şəraiti gözlənilir
Bu gün Bakıda və Abşeron yarımadasında havanın buludlu olacağı, arabir yağış yağacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, temperaturun gecə 10-12°, gündüz 13-16°, Bakıda gecə 10-12°, gündüz 14-16° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 758 millimetr civə sütunundan 763 millimetr civə sütununa yüksələcək, nisbi rütubət gecə 85-95 faiz təşkil edəcək. Naxçıvan Muxtar Respublikasında arabir yağış yağacağı gözlənilir. Havanın temperaturunun gecə 3-8°, gündüz 15-20° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, DaşkəsənGədəbəy rayonlarında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Havanın temperaturunun gecə 1-5°, gündüz 5-9° isti olacağı gözlənilir. Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında arabir yağış yağacağı gözlənilir. Havanın temperaturunun gecə 7-12°, gündüz 13-18° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Temperaturun gecə 4-9°, gündüz 11-16° isti, yüksək dağlıq ərazilərdə gecə 3°-dək şaxta olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında arabir yağış yağacağı gözlənilir. Havanın temperaturunun gecə 9-13°, gündüz 15-19° isti olacağı gözlənilir. Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında fasilələrlə yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Havanın temperaturunun gecə 9-13°, gündüz 15-18° isti, dağlarda gecə 4-9°, gündüz 10-14° isti olacağı gözlənilir.

Teqlər: