"Suriyaya hücumla türkləri ruslardan ayırdıq" - Makron

"Suriyaya hücumla türkləri ruslardan ayırdıq" -  Makron
  16 Aprel 2018    Oxunub:1643
“Fransa, ABŞ və İngiltərənin Suriyaya birlikdə təşkil etdiyi hücum Türkiyə və Rusiya arasında fikir ayrılığına səbəb olub”.

AzVision.az-ın məlumatına görə, bunu Fransa prezidenti Emmanuel Makron söyləyib.
Hücumun mükəmməl şəkildə həyata keçirildiyini qeyd edən Makron deyib: “Bu hücumla türkləri ruslardan ayırdıq. Türklər kimyəvi silahların istifadəsini qınadı”.

Makron prezident Donald Trampı ABŞ-ın Suriyada hərbi varlığını davam etdirmə və həftəsonu təşkil olunan hava hücumunun Suriyada kimyəvi silahdan istifadənin qarşısını ala biləcəyinə inandırdığını bildirib: “10 gün əvvəl Tramp “ABŞ Suriydan geri çəkilməlidir” deyirdi. Biz onu bu qərarından çəkindirə bildik”.

Kənan Məmmədov
AzVision.az


Teqlər: Fransa   Makron   Türkiyə  





Xəbər lenti