Ukraynadan Rusiyaya gedən iki azərbaycanlı saxlanıldı

Ukraynadan Rusiyaya gedən iki azərbaycanlı saxlanıldı
  16 Aprel 2018    Oxunub:1405
Ukrayna sərhədçiləri dövlət sərhədini qanunsuz pozduqları üçün iki Azərbaycan vətəndaşını saxlayıb.

AzVision.az xəbər verir ki, bu barədə “RBK-Ukrayna” məlumat yayıb.
“Sərhəd polisi dövlət sərhədindən bir neçə metr aralıda, Qrabovskoe yaşayış məntəqəsində iki Azərbaycan vətəndaşını saxlayıb. Onlar piyada qanunsuz olaraq Ukrayna – Rusiya sərhədini Ukrayna ərazisindən Rusiyaya sərhəd buraxılış məntəqələrinin olmadığı yerdən keçməyə çalışıblar”, - deyə Ukrayna Sərhəd Xidmətinin yaydığı məlumatda bildirilib.

Hazırda sərhədi qanunsuz olaraq keçməyə çalışan 60 və 57 yaşlı azərbaycanlılara qarşı administrativ materiallar hazırlanıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Ukrayna   Rusiya   Azərbaycan  





Xəbər lenti