Rusiyada minlərlə erməni işsiz qaldı

Rusiyada minlərlə erməni işsiz qaldı
  16 Aprel 2018    Oxunub:1782
Rusiyada taksi fəaliyyəti ilə bağlı məşğul olan minlərlə Ermənistan vətəndaşı işsiz qalıb.

AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, bu yaxınlarda Rusiya qanunvericiliyində edilən dəyişikliyə əsasən, ölkədə sürücülük hüququ alan ermənilər bundan sonra hər hansı bir nəqliyyat vasitəsini idarə bilməyəcəklər.
Hazırda onlardan azı 2-3 il təcrübə tələb olunur. Bu günlərdə “Yandeks” taksi xidməti Ermənistana məxsus sürücülük vəsiqəsi olan sürücülərlə müqaviləyə xitam verib.

Sürücülərə göndərilən xəbərdarlıqda deyilib ki, əgər onlar taksi xidməti ilə əməkdaşlığı davam etdirmək istəyirlərsə, onlarda dörd ölkədən birinin - Rusiya, Belarus, Qırğızıstan və Qazaxıstanın sürücülük vəsiqəsi olmalıdır. Nəticədə minlərlə erməni sürücü işsiz qalıb. Onlara hər hansı bir nəqliyyat vasitəsinin idarə edilməsi qadağan edilib.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Rusiya   Ermənistan  





Xəbər lenti