Rusiya XİN: “Qarabağ bizim üçün prioritetdir”

Rusiya XİN: “Qarabağ bizim üçün prioritetdir”
  16 Aprel 2018    Oxunub:1868
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə yardım və nizamlanma prosesi Rusiyanın prioritetlərindən biridir.

AzVision.az xəbər verir ki, bu barədə “Moskva-Baku” portalına Rusiyanın Xarici İşlər Nazirliyindən bildirilib.
“Biz ATƏT-in Minsk qrupunda Rusiyanın həmsədrliyi, həmçinin üçtərəfli formatda Azərbaycan və Ermənistan rəhbərlikləri ilə əldə olunan razılaşmalar nəzərə alınmaqla vasitəçilik işlərini davam etdirəcəyik”, - deyə məlumatda qeyd olunub.

Rusiya XİN, həmçinin iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin davam etdirələcəyini bəyan edib: “İki qardaş xalq arasındakı əlaqələr zəngin tarixə malikdir. Biz Azərbaycanla siyasi, ticarət-iqtisadi və humanitar əlaqələrin hərtərəfli və səmərəli inkişafının tərəfdarıyıq. Əminik ki, Rusiya-Azərbaycan tərəfdaşlığı ölkələrimizin maraqlarına cavab verir, Cənubi Qafqaz və Xəzər regionunda sabitlik və təhlükəsizliyə xidmət edir”.

Eldar Tanrıverdiyev
AzVision.az




Teqlər: Rusiya   Azərbaycan  





Xəbər lenti