Qanunu pozanlar 112 min manat cərimələndi
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən su və torpaq ehtiyatlarının, atmosfer havasının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilən qanun pozuntularına görə 182 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 67 müddətli məcburi göstəriş verilib.
Ümumilikdə, 44 iş üzrə 112100 manat məbləğində cərimə tətbiq edilib, ətraf mühitə dəyən ziyana görə 10 iş üzrə 1045.45 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 188 iş üzrə 41238.37 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 8, icra qurumlarına 24 iş göndərilib.
Mirvari
Teqlər: