Azərbaycanda ilk dəfə VR / rəqs tamaşası təqdim ediləcək

  16 Aprel 2018    Oxunub : 560
Azərbaycanda ilk dəfə VR / rəqs tamaşası təqdim ediləcək
1-6 may tarixləri arasında Goethe-Zentrum Bakı Azərbaycanda fiziki teatrı, interaktiv virtual reallığı (VR) və artırılmış reallığı (AR) birləşdirən "WHIST" unikal tamaşasını təqdim edəcək.
Ziqmund Freydin psixoanaliz sahəsində yaradıcılığından ilhamlanan "WHIST" insanın instinktlərinin sürreal arzu və qorxuların nəqli vasitəsi ilə idarə olunan şüursuzluğa səyahətə dəvət edir. Bir saat davam edəcək bu qeyri-adi təcrübə şüur və şüursuzluq, reallıq və uydurma, fiziki və virtual arasındakı sərhədləri silir. Sinematik və interaktiv 360° filmlə sənət və səs instalyasiyalarının birləşməsi vasitəsilə siz xəyallar aləminə daxil olacaqsınız. Tamaşa 76 mümkün ssenaridən birinin prizmasından baxaraq bir ailənin tarixçəsini izləməyə imkan verir. Hekayələr individual, şüuraltı seçimlər əsasında inkişaf edir.

2013-ci ildən başlayaraq AΦE dance company bədii rəhbərliyi Aoi Nakamura və Esteban Fourmi rəqs sənətinin tamaşaçıya daha yaxın çatdırılması ilə məşğul olur. Öz missiyalarını yüksək keyfiyyətli, səhnə ilə sərhədlənməyən və izləyicilərdə başverənlərə tamamilə qapılmaq zövqünü yaşadan tamaşalar yaratmaqda görürlər. Tamaşa məkanında olan hər bir element (ifaçılar, tamaşaçılar, səs, obyektlər) kəşf olunan mövzuda tamaşaçının öz əksini tapmasına imkan yaradan ekosistemin bir hissəsidir. AΦE-in portfoliosunda çoxsaylı mükafat qazanmış Şon Roqun "The Waldorf Project", "Wound, Für Eli", 360° filmlər (Google Arts & Culture üçün hazırlanan "The Night Opera, Elbphilharmonie Hamburg"), qısa filmlər ("Kai", "Bysju promo"," Chasing Mirror") kimi layihələr yer alır.

"WHIST" AΦE-in, hazırlanmasında bir çox mütəxəssisin iştirak etdiyi ilk belə böyük layihəsidir. Onlardan biri, işləri Nyu-Yorkun MoMa-ın, Vitra dizayn Muzeyinin və Montreal İncəsənət Muzeyinin (The Montreal Museum of Art) kolleksiyalarında sərgilənən, dizayner Jeyms Maykl Şoudur (James Michael Shaw). "WHİST"- də həmçinin Skot Qibbons müəllifliyi ilə xüsusi yazılmış elektron və elektroakustik kompozisiyaları və Cim Carmuş "Ancaq sevgililər sağ qalacaq" fiminındəki musiqisinə görə Kan festivalında ən yaxşı musiqi mükafatını almış minimalist bəstəkar və ud ifaçısı Yosef van Vissemin musiqiləri də səslənir.

"WHIST" artıq Avropa, Asiya və Avstraliyada nümayiş olunub. Bununla belə, Bakı auditoriyasının daha imtiyazlı olduğunu demək olar, çünki Goethe- Zentrum Bakı-ın dəstəyi ilə "WHIST" tamaşasına biletlər ödənişsiz olacaq. Yer sayı məhduddur və yerlər əvvəlcədən Eventbrite (https://whist_baku.eventbite.com) saytından sifariş olunmalıdır

AzVision.az


Teqlər: