"İzvestiya" qəzetindən Azərbaycana qarşı təxribat

"İzvestiya" qəzetindən Azərbaycana qarşı təxribat
  16 Aprel 2018    Oxunub:1168
Rusiyanın "İzvestiya" qəzeti Azərbaycana qarşı təxribata yol verib.
Bu gün qəzetin saytında Ermənistanın eks-prezidenti, hazırda baş nazir postuna namizədliyi irəli sürülən Serj Sarkisyanla müsahibə yer alıb.

Jurnalist Aleksey Zabrodinin müəllifi olduğu müsahibəyə yerləşdirilən fotoların birində qondarma Dağlıq Qarabağ separatçı rejiminin bayrağı və "Azad Artsaxa xoş gəlmisiniz" yazılan lövhə əks olunub.

S. Sarkisyanla müsahibənin bir sualı Dağlıq Qarabağ münaqişəsinə həsr olunub.

Qeyd edək ki, 1917-ci ildə əsası qoyulan "İzvestiya" qəzetinin baş redaktoru milliyyətcə erməni Arseni Ohanesyandır. (APA)

AzVision.az


Teqlər: Təxribat   Qarabağ  





Xəbər lenti