Rusiya XİN-dən Ermənistandakı vətəndaşlarına xəbərdarlıq

Rusiya XİN-dən Ermənistandakı vətəndaşlarına xəbərdarlıq
  16 Aprel 2018    Oxunub:5576
Rusiya Xarici İşlər Nazirliyi hazırda Ermənistanın paytaxtında olan Rusiya vətəndaşlarına İrəvanda insanların kütləvi şəkildə toplaşdığı ərazilərdən kənar olmağı məsləhət görüb.

AzVision.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Qeyd edək ki, bu gün Ermənistanın paytaxtı İrəvanda Serj Sarkisyana qarşı keçirilən etiraz aksiyalarında çoxlu sayda nümayişçi yaralanıb. Aksiyanı dağıtmaq istəyən polislə etirazçılar arasında qarşıdurma baş verib. Polis gözyaşardıcı qazdan istifadə edib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti