Paşinyan meydana qayıtdı, etirazlar davam edir

Paşinyan meydana qayıtdı, etirazlar davam edir
  17 Aprel 2018    Oxunub:1406
Bu gün İrəvanda keçirilən etiraz aksiyasında polislə qarşıdurma zamanı xəsarət alan müxalif deputat Nikol Paşinyan xəstəxanadan meydana qayıdıb.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, “Nairi” tibb mərkəzinə yerləşdirilən Paşinyanın əlinə tikiş qoyulub, vəziyyətinin qənaətbəşx olduğu bildirilib.

Paşinyan aksiyalar zamanı nümayişçilər arasında xəsarət alanların olduğunu deyib. Onun sözlərinə görə, polisin bütün cəhdlərinə baxmayaraq, aksiyaları dağıtmaq mümkün olmayıb.

Alpər Mövludoğlu
AzVision.az


Teqlər: Pişinyan   İrəvan   Etiraz  





Xəbər lenti