Mikayıl Cabbarov seçdiyi 165 tələbə ilə görüşüb
AzVision.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb.
Görüş zamanı nazir tələbələri təbrik edib onlara təhsildə uğurlar arzulayıb. Təhsil naziri azərbaycanlı gənclərin xaricdə təhsil almağa göndərilməsi ənənəsinin ölkənin yüksək ixtisaslı mütəxəssislərə olan ehtiyacının ödənilməsinə xidmət etdiyini nəzərə çatdırıb.
Qeyd edək ki, bu günə qədər Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən Dövlət Proqramı çərçivəsində 2013-2014-cü tədris ilində xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq üçün sənəd vermiş 766 namizəd barəsində müsbət qərar qəbul olunub.
Digər namizədlər barəsində müvafiq qərar qəbul olunduğu zaman bu haqda ictimaiyyətə əlavə məlumat veriləcək.
Teqlər: