Ermənistanda 30-a yaxın etirazçı saxlanılıb

Ermənistanda 30-a yaxın etirazçı saxlanılıb
  17 Aprel 2018    Oxunub:1742
Ermənistan polisi İrəvandakı aksiyalarda iştirak edən 29 nəfəri saxlayıb.

AzVision.az “News.am”-a istinadən xəbər verir ki, saxlanılan şəxslər administrativ qaydaları pozmaqda ittiham olunurlar.
Ermənistanın Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, etirazlarda xəsarət alan şəxslərdən 12-si hazırda tibb müəssisələrindədir.

Qeyd edək ki, bu gün səhər saatlarından etibarən aksiya iştirakçıları İrəvanın mərkəzi küçələrini bağlamağa başlayıblar.

Eldar Tanrıverdiyev
AzVision.az




Teqlər: İrəvan   Etiraz   Aksiya   Polis  



Xəbər lenti