Prezidentin indi də beyninə qan sızdı
12 avqust seçkilərindən bir gün sonra başından zərbə alan Kirçneri prezident postunda köməkçisi Amado Boudou əvəz edəcək. Braziliyada rəsmi səfərdə olan Boudou səfərini yarımçıq qoyaraq ölkəyə qayıdıb və işlərin icrasına başlayıb.
Qeyd edək ki, 2007-ci ildən bu yana iqtidarda olan Kirçner 2010-cu ildə keçirdiyi infarkt nəticəsində vəfat edən eks prezident Nestor Kirçnerin həyat yoldaşıdır. Ötən il də tiroit xərçəngindən əziyyət çəkən xanım Kirçner əməliyyat keçirib.