Sarkisyan Ermənistanın baş naziri oldu

Sarkisyan Ermənistanın baş naziri oldu
  17 Aprel 2018    Oxunub:1522
Ermənistanın sabiq prezidenti Serj Sarkisyan ölkənin yeni baş naziri seçilib.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu gün Ermənistan parlamentində səsvermə keçirilib. Səsvermə zamanı Sarkisyanın namizədliyinin lehinə 77, əleyhinə isə 17 deputat səs verib.
Qeyd edək ki, Ermənistanın hakim Respublika Partiyası və “Daşnaksutyun” partiyasının parlament fraksiyalarının birgə iclasında Serj Sarkisyanın baş nazir postuna namizədliyi irəli sürülmüşdü.

Ermənistanda Konstitusiya dəyişikliklərindən sonra prezident səlahiyyətləri baş nazirə verilib. Bundan sonra Ermənistanda ölkəni baş nazir idarə edəcək.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:



Xəbər lenti