Qadınlara icazə verildi

Qadınlara icazə verildi
  07 Oktyabr 2013    Oxunub:1069
Səudiyyə Ərəbistanında qadınlara vəkil işləməyə icazə verilib.
AzVision.az xəbər verir ki, qadınlar vəkil olmaqla yanaşı məhkəmədə çıxış edə biləcəklər. Oktyabrın 6-da hökumət ilk dəfə dörd qadına vəkil lisenziyası verib. Qeyd edək ki, əvvəllər Səudiyyə Ərəbistanında qadın-hüquqşünaslara yalnız məsləhətçi kimi işləməyə icazə verilirdi. Onlar məhkəmədə öz müştərilərinin maraqlarını təqdim etmək, həmçinin şəxsi hüquq şirkətlərini yaratmaq hüququna malik deyildilər.

Qadınlar bu problemə diqqəti cəlb etmək üçün 2011-ci ildə sosial şəbəkələrdə “Mən qadın-vəkiləm” kampaniyasına başlanmışdılar. Qadağalar götürülmədiyi halda, onlar hüquqşünaslıq təhsili almaq üçün xaricə gedəcəklərini bildirmişdilər.

AzVision.az


Teqlər:





Xəbər lenti