"Etirazlar heç bir nəticə verməyəcək" - Sarkisyandan üsyançılara çağırış

"Etirazlar heç bir nəticə verməyəcək" - Sarkisyandan üsyançılara çağırış
  17 Aprel 2018    Oxunub:1718
"Müxalifətçi qüvvələr anlamalıdırlar ki, polislə toqquşma və hökumət binalarına hücumlar heç bir nəticə verməyəcək"
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistanın yeni baş naziri seçilmiş Serj Sarkisyan müxalifətin günlərdir davam edən etirazlarına münasibət bildirərkən deyib.

Sarkisyan aksiyaların təşkilatçısı Nikol Paşinyanı parlamentə qayıtmağa çağırıb: “Polislə toqquşmanı və hökumət binalarının zəbtini dinc nümayiş adlandırmaq olmaz”.

AzVision.az


Teqlər: Ermənistan   Sarkisyan  





Xəbər lenti