İrəvanda kütləvi etirazlar davam edir - Onlarla fəal həbs edilib

  17 Aprel 2018    Oxunub : 508
İrəvanda kütləvi etirazlar davam edir - Onlarla fəal həbs edilib
Ermənistanın sabiq prezidenti Serj Sarkisyan respublika parlamentinin aprelin 17-də keçirilən xüsusi iclasında ölkənin baş naziri seçilib.

Sarkisyanın baş nazir seçilməsi Ermənistan müxalifətinin kütləvi etiraz aksiyaları ilə müşayiət olunur. İrəvanda aprelin 13-dən başlayan mitinqlər hazırda davam etməkdədir.
Polis paytaxtın bir neçə mərkəzi küçəsini bağlayan aksiya iştirakçılarına qarşı əməliyyat keçirərək onlarla fəalı həbs edib. Toqquşmalarda 40 aksiya iştirakçısı və 6 polis işçisi yaralanıb.

Etiraz hərəkatına başçılıq edən Ermənistan parlamentinin deputatı, “Vətəndaş dialoqu” partiyasının lideri Nikol Paşinyan respublikada “məxməri inqilabin” başlandığını deyib. “Ölkədə inqilabi şərait yetişir. Gümrü, İcevan, Vanadzor, Qafan və Metsamor şəhərlərində etirazçılar küçələri və dövlətlərarası yolları blokadaya alırlar. İnsanlar işə çıxmırlar, kütləvi tətillər başlayıb”, - deyə Paşinyan bildirib.

AzVision.az

Teqlər: Ermənistan   İrəvan