Hafiz Hacıyev və Cəmil Həsənlini birləşdirən dəyər

Hafiz Hacıyev və Cəmil Həsənlini birləşdirən dəyər
  07 Oktyabr 2013    Oxunub:1453
M.Nizam-ül-Mülk

Bu da son. Gəldik çatdıq. Sonuncu dayanacaq 9 oktyabr. 16 sentyabrdan bəri davam edən seçki marafonunun sonu. Uzun incə bir yol olmasa da maraqlı hadisələrnən yadda qaldı. Yadda qalan məqamları oxuculara çatdırmağa çalışacağam. Başlayaq namizədlərin teledebatlarından.
Heç nəyə yaramayan müxalifətin üz qarası

Hafiz Hacıyev.
1992-1993-cü illərdə özünün dediyi kimi, nazir olub. Ümumiyyətlə, Hafiz Hacıyev keçmiş həmkərlarının (o vaxtkı nazirləri nəzərdə tuturam) əksəriyyəti kimi hay-küydən başqa heç nə bilmir. Hətta ləhcəsini də redaktə etməyib. Amma bir nüansı xüsusi qeyd etməyə ehtiyac var. Hafiz Hacıyevin Cəmil Həsənli ilə debatdakı deyişməsi cəmiyyətdə seçkinin olmasını yada saldı. Və bu səbədən cəmiyyətdə Milli Şuranı olması haqda informasiya oldu. Cəmiyyət xəbər tutdu ki, Azərbaycanda Milli Şura deyilən bir qurum var, onu rəhbərini tanımasalar da eşitdilər ki, o qurumun vahid namizədi var.

Qayıdaq el arasında `balıq Hafiz` kimi tanınan namizədimizə. Bu ləqəbi ona `ənənvi` də deyə bilərik, `radikal` da deyə bilərik, amma mən `heç nəyə yaramayan` müxalifət deyərdim, qoyub. Nə olmuş? Bəs adam həmin o dövrdə “AzərBalıq” Dövlət Konserninin sədri olub.

Əslində bunun özü elə həmin o `heç nə`yə yaramayan müxalifət üçün üz qarası olmalıdır. Amma onlar abırlarına utanmaq əvəzinə öz üz qaralarını hazırkı hakimiyyətin adına çıxmaq istəyirlər.

Nəticə bundan ibarətdir ki, Hafiz Hacıyev heç nəyə lazım olmayan müxalifətin üz qarasıdı. Öz yetişdirmələridi.

Diktor-namizəd

İqbal Ağazadə.
1992-1993-cü illərdə BDU-da tələbə olub. Amma alver etməyi o vaxtdan öyrənib. Yeri düşəndə qrup yoldaşlarını da bir “5”-ə sata bilib. Əmma əsas fəaliyyəti həmin dövrdə bir az dövlət katibi, bir az da baş nazir işləmiş Pənah Hüseyn(ov)in “vinzavod”lardan oğurladığı konyakları Rusiyaya daşımaq idi.

Adamın başının üstündə Allah var. Haqqı deməyi də unutmayım. Hərbi diktor 1993-cü ildə əlindən konyak alveri çıxandan sonra BDU-da həşəmətli bir çıxış edərək bildirmişdir ki, biz indi “yeraz”lara qarşı vuruşacağıq. Amma nə səbəbdirsə, 5 oktyabrdakı debatda özünü “Yeni Ulduz” mahnı yaraşmasının iştirakçısı kimi hiss edib həmin o “yeraz” dediyi Qərbi Azərbaycanlılardan utanmadan SMS (səs) istədi.

Adam Bərdənin Zümürxaç (döyüş bölgəsindən 20 km aralıdı) kəndində qızğın döyüşlərdə olub. Və o döyüşlərdən sonra hərbi diktorluq peşəsini mənimsəyib. Bu vərdişindən indi də əl çəkə bilmir. Debatda 6 dəqiqə dayanmadan rəhmətlik Levitan kimi “döyüş bölgəsi”ndən məlumatları oxuyub redaksiyanı dərhal tərk edir.

Çox fikirləşməyə ehtiyac olmadı ki, diktor-namizəd niyə belə tez gedir. Adam seçkiyə start verilməmişdən bir neçə gün əvvəl facebbokda elan etmişdi ki, sizin problerinizi feysdə dinləyən namizədəm. Və bu səbədən adam feysdə “seçiciləri” ilə “görüşə” tələsirdi. Hətta onun bu addımını digər namizəd Cəmil Həsnli “like” etməyi unutmadı.

`Copy-paste`

Cəmil Həsənli.
Bu adam tarixçidir. Namizədlik işi SSRi tarixindən olub. Sonra “rezki” AXC tarixindən yazmağa başlayıb. Və olub “milli qüvvə”. Ümumiyyətlə Cəmil müəllimin “rezki pavarot”ları çox olub.

Hafiz Hacıyevlə eyni dövrdə hakimiyyətdə təmsil olunub. AXCP-nin müdir müavini olub. Əhəd Abıyev Cəmil Həsənlinin müdirini parlamentdə “artilleriya” atəşinə tutanda müdirinin parlamentdən imtinasına qarşı gedərək deputat kimi orada oturdu. Və bundan sonra bir dönəm də deputat oldu.

Elə o dövrdə də iqtisadi cinayətlərə görə həbs edilən yerlisi, iqtisadi inkişaf naziri olan Fərhad Əliyevin hüquqlarının müdafiəçisi oldu. Bu da səbəbsiz deyilmiş. Səbəbini açıqlamağa dəyməz. Sadəcə onu deyim ki, adam harda pul iyi varsa ora mütləq baş vurmalıdı. Harda aş, orada baş.

Həmin dönəmdə bəzi kitablar yazdı. O kitabda nələr yazdığını oxucuya çatdırmağa ehtiyac yoxdu. Seçicinin ondan xəbəri oldu.

Ümumiyyətlə bu namizəd debatın əvvəlindən Hafiz Hacıyev kimi ləhçəsiylə yadda qaldı. Hafiz Hacıyevnən ləhcələri fərqli olsa da, mahiyyətləri eyni idi.
Copy-paste alimi - namizədin debatdakı ən yadda qalan məqamlardan biri isə “aparıcı, vaxtooomuu saxlooun” deməklə yadda qaldı.


Teqlər:





Xəbər lenti