Güclü küləklər Los-Ancelesdə yenidən yanğın təhlükəsi yarada bilər

Bildirilib ki, Milli Hava Xidməti cənub-qərbi Kaliforniyanın çox hissəsində kritik qırmızı bayraq xəbərdarlığı elan edib.
Həftə ortasında küləyin sürəti 45-70 mil/saat olacağı vurğulanıb.
Rəsmilər güclü küləklərin yanğını daha da genişləndirə biləcəyindən, həmçinin yeni meşə yanğınlarının yaranmasına və böyüməsinə səbəb ola biləcəyindən narahatdırlar.
Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində baş verən yanğın böyük fəsadlar törədib.
AzVision.az
Teqlər: