Rusiya Xəzərdə taktiki təlimlər keçirdi

Rusiya Xəzərdə taktiki təlimlər keçirdi
  18 Aprel 2018    Oxunub:1979
Rusiyanın Xəzər hərbi donanması taktiki təlimlər keçirib.

AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Cənub Hərbi Dairəsinin (CHD) mətbuat xidmətinin rəisi Vadim Astafyev bildirib. Məlumata əsasən, təlimlərə 1000-dən çox hərbçi, azı 20 gəmi və 4 təyyarə cəlb olunub.
Ümumilikdə beş gün davam edən təlimlər zamanı hərbçilər qoyulan döyüş-təlim tapşırıqları uğurla icra edib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Rusiya   Təlim   Xəzər  



Xəbər lenti