Putin Sarkisyana zəng etdi

Putin Sarkisyana zəng etdi
  18 Aprel 2018    Oxunub:1249
Rusiya prezidenti Vladimir Putin Ermənistanın yeni seçilmiş baş naziri Serj Sarkisyana zəng edib.
AzVision.az “News.am”-a istinadən xəbər verir ki, Rusiya prezidenti yenidən baş nazir postuna seçilməsi münasibətilə Serj Sarkisyanı təbrik edib.

Tərəflər Ermənistan-Rusiya əlaqələrinin möhkəmləndirilməsinə dair səyləri və inteqrasiya proseslərini genişləndirməyə hazır olduqlarını bildiriblər.

Qeyd edək ki, daha əvvəl Putin Sarkisyana təbrik teleqramı göndərmişdi

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:



Xəbər lenti