200-ə yaxın "qanuni oğru" İrəvana gəldi - "San Lazaro"da görüş

200-ə yaxın "qanuni oğru" İrəvana gəldi - "San Lazaro"da görüş
  18 Aprel 2018    Oxunub:14987
Erməni "qanuni oğru" Armen Kanevskonun anım mərasimdə iştirak etmək üçün cinayət aləminin tanınan simaları İrəvana gəlib.

AzVision.az xəbər verir ki, "Past" qəzetinin məlumatına görə, dünyanın müxtəlif ölkələrindən 600-dək nüfuzlu şəxs artıq İrəvandadır. Onlardan 200-ə yaxını "qanuni oğru"dur.
Qonaqları Armen Kanevskonun qardaşı, tanınmış avtoritet Artyom Kanevsko, İrəvanlı "qanuni oğru" Maneti Tğa Samo, Afo və digərləri qarşılayıb.

Qeyd edək ki, Armen Kanevsko 17 aprel 1970-ci ildə İrəvanda anadan olub. O, "Ded Xasan", Volçok və Çiçxenin iştirakı ilə 1997-ci ildə 27 yaşında “qanuni oğru” adı alıb. Armen Kanevsko 40 yaşında 2010-cu ildə ölüb və İrəvandakı Şahumyan qəbristanlığında dəfn edilib.

Ötən gün "San Lazaro" mərasim evində 700-dək qonağın iştirak etdiyi bildirilib.

Alpər Mövludoğlu
AzVision.az


Teqlər: İrəvan   Qanuni-oğru  





Xəbər lenti