Deputatlarımız qalmaqallı tədbirdən danışıb
Onun sözlərinə görə bu heç də təsadüfi deyil: “Bu ilin noyabrında Vilnusda Şərq tərəfdaşlığı proqramı ölkələrinin sammiti keçriləcək. Azərbaycanın da iştirakı planlaşdırılır. Azərbaycan Avropa ilə starteji əməkdaşlığı ilə mühüm sənədlər imzalanan məqamda həmişə belə müzakirələr təşkil olunur. Bu isə müəyyən maraqlı dairələrin planlaşdırılmış addımıdır”.
Millət vəkili Asim Mollzadə qeyd edib ki, Vilnusda Azərbaycanın bir sıra mühüm sənədləri imzalanacağı gözlənilir. “Azərbaycanla Avropa Birliyi strateji əməkdaşlıq sənədinin hazırlanması üzərində iş gedir. Məhz belə həssas məqamda Avropa Parlamentində bu tədbirin təşkil olunması uzağa gedən nəticələrdən xəbər verir”. Asim Mollazadə bildirib ki, Ermənistan Gömrük İttifaqı sənədini imzalamaqla faktiki Avropa ilə əməkdaşlıqdan kənarda qalıb. Odur ki, Bakının Avropa ilə belə isti əlaqələri bir sıra dairələrin xoşuna gəlmir və bu istiqamətdə müəyyən əngəllər yaratmaq fikrinə düşüblər.
“Mən bildirdim ki, Azərbaycanda dövlət səviyyəsində azsaylı xalqların hüquqlarını qoruyan sənədlər imzalanıb və etnik zəmində hər hansı bir münaqişə baş verməyib. Bu tədbirlərin keçrilməsində əsas məqsəd Azərbaycanı Avropaya inteqrasiyadan kənarda qoymaqdır”-, deyə Asim Mollazadə bildirib.
Deputatlar deyiblər ki, seminarda iştirak edən seperatçı təşkilatların rəhbərlərinə çıxış etmək imkanı yaradılsa da Azərbaycanlı deputatlara bir dəqiqəlik reqlament qoyulub. Gərgin şəraitdə keçən seminarda ləzgi və digər təşkilatların nümayəndələri Azərbaycan deputatlara sayğısızlıq nümayiş etdirib və Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış ediblər.
Millət vəkili Fuad Muradov Müsavat başqanı İsa Qəmbərin müzakirələrdə passiv iştirakından narazılıq edib. “Bu tədbirin təşkil edən liberal demokrat qrup Müsavat partiyası ilə bir blokda müttəfiqdir. Müsavat bu məsələni gündəliyə salınmasına öz etirazını bildirə bilərdi. Ancaq biz bunun şahidi olmadıq”.
Millət vəkillıəri bildiriblər ki, tədbirdə iştirak edən Avropalı parlamentarilər bu müzkairələrdən təəssüfləndiklərini bildiriblər və Azərbaycana dəstək nümayiş etdiriblər”.
Sevinc İltifatqızı
Teqlər: