Pekində erməni təxribatının qarşısı alınıb

Pekində erməni təxribatının qarşısı alınıb
  18 Aprel 2018    Oxunub:1159
Çinin paytaxtı Pekində illik ənənəvi xaricə səyahətlər və turizm sərgisində (COTTM) ermənilər növbəti dəfə təxribata əl atmaq istəyiblər.
Sərgi zamanı Ermənistanı təmsil edən turizm şirkətinin stendində Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə və ətraf rayonlarına turist cəlb olunması ilə bağlı hazırlanan bukletlər, habelə Azərbaycan ərazisinin təhrif olunduğu xəritələr aşkarlanıb.

Azərbaycanın Çindəki səfirliyinin sərginin təşkilat komitəsinin rəhbərliyi və Çinin müvafiq qurumları ilə danışıqlarından və məsələyə dair hüquqi izahatından sonra həmin bukletlər Ermənistan şirkətinin stendindən yığışdırılıb. Bundan başqa, Azərbaycanın təkidli tələbi ilə erməni şirkətinin stendindəki təhrif olunmuş xəritə də dəyişdirilib.(AzərTac)

AzVision.az


Teqlər: Pekin   Sərgi   Erməni-təxribatı  





Xəbər lenti