Britaniyada FTB yaradıldı

Britaniyada FTB yaradıldı
  07 Oktyabr 2013    Oxunub:1022
Britaniyada Amerikanın FTB analoqu yaradılıb.
AzVision.az dünya mətbuatına istinadən xəbər verir ki, Böyük Britaniyada oktyabrın 7-dən etibarən cinayətlə mübarizə üzrə yeni milli agentlik (National Crime Agency, NCA) işə başlayıb. Yeni idarə mətbuatda Amerika Federal Təhqiqatlar Bürosunun (FTB) analoqu adlandırılıb.

İdarə mütəşəkkil cinayətkarlıq, iqtisadi qanun pozuntuları, kibercinayət, ölkə sərhədinin mühafizəsi və uşaqların müdafiəsi üzrə mübarizə ilə məşğul olacaq. Bütün bu əməliyyatlar polislə əməkdaşlıq səviyyəsində aparılacaq.

NCA bir neçə idarənin birləşməsi yolu ilə yaradılıb. Bu üsulla ümumi maliyyələşmənin səviyyəsi 20 faiz azaldılacaq. İdarədə cəmi 4500 işçi yeri vardır.

Britaniya FTB analoqu yaratmaq üçün üçüncü dəfədir cəhd edir. NCA-ya qədər 2006-cı ildə yaradılmış SOCA - cinayətlə mübarizə üzrə agentlik mövcud idi. 1998-ci ildə isə cinayətlərin araşdırılması üzrə milli idarə (NCS) fəaliyyət göstərirdi.

AzVision.az


Teqlər:  





Xəbər lenti