Dövlət Agentliyi işçi axtarır

Dövlət Agentliyi işçi axtarır
  18 Aprel 2018    Oxunub:1729
Son illərdə iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun davamlı inkişaf etdirilməsi istiqamətində aparılan məqsədyönlü islahatlar ölkədə əlavə dəyər yaradan sektorların inkişafını təmin etməklə yanaşı, əmək bazarında rəqabətqabiliyyətli və ixtisaslı kadrlara tələbatı artırır.
Bu baxımdan Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”ndə əmək bazarının tələblərinə uyğun ixtisaslı və rəqabətqabiliyyətli kadrların hazırlanmasını təmin etmək məqsədilə yüksək peşəkarlığa malik mütəxəssislərin peşə təhsili və təlimi müəssisələrində tədris prosesinə cəlb edilməsi prioritet kimi müəyyən edilib.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən AzVision.az-a bildiriblər ki, bununla əlaqədar səriştəli mütəxəssislərin öz iş yerlərini saxlamaqla, peşə təhsili və təlimi müəssisələrinə təlimçi qismində cəlb olunması istiqamətində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Peşə təhsili müəssisələrində işləmək istəyən ixtisaslı mütəxəssislər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər. İxtisaslı mütəxəssislərin peşə təhsili və təlimi müəssisələrinə işə qəbulu müəyyən olunmuş şərt və meyarlara əsasən müraciət edənlərin qiymətləndirilməsi yolu ilə həyata keçiriləcək. Ətraflı məlumat almaq üçün 599-12-77 telofon nömrəsi ilə əlaqə saxlamaq olar.

AzVision.az


Teqlər: Peşə-Təhsili   Mütəxəssis  





Xəbər lenti