Fransa erməniləri Sarkisyanı devirmək istəyir

Fransa erməniləri Sarkisyanı devirmək istəyir
  19 Aprel 2018    Oxunub:2176
Ermənistanın Parisdəki səfirliyi qarşısında etiraz aksiyası keçirilib.

AzVision.az xəbər verir ki, Fransada yaşayan bir qrup erməni Serj Sarkisyanın baş nazir seçilməsinə etiraz edib. Fransa erməniləri İrəvanda keçirilən aksiyaları dəstəklədiklərini bəyan ediblər.
Nümayişçilər Ermənistan xalqını hakim oliqarx rejimə qarşı birləşməyə çağırıb. Etirazçıların əsas tələbləri Sarkisyan və onun komandasının hakimiyyətdən uzaqlaşması, siyasi məhbusların azad edilməsidir. Onlar hakim rejim devrilənədək mübarizə aparacaqları deyiblər.

Alpər Mövludoğlu
AzVision.az




Teqlər: Fransa   Sarkisyan   Etiraz  





Xəbər lenti