Türkiyə Suriya sərhədində divar tikir

Türkiyə Suriya sərhədində divar tikir
  07 Oktyabr 2013    Oxunub:1090
Türkiyə Suriya ilə sərhəddə divar tikintisinə başlayıb.
AzVision.az xəbər verir ki, Türkiyə qanunsuz şəkildə keçidlər baş verən Suriya ilə sərhəddə divar tikintisinə başlayıb. Tikinti işləri daha çox kürdlərin yaşadığı və tez-tez toqquşmaların baş verdiyi Suriyanın Kamışlı şəhəri yaxınlığında yerləşən Nüseybin şəhəridə gedir. Türkiyə hökumətinin məlumatına görə, məhz bu ərazidə sərhədi keçmək çox asandır. Divarın hündürlüyü iki metr olacaq və üzərinə tikanlı məftil bərkidiləcək. Onun uzunluğunun nə qədər olacağı barədə məlumat verilməyib.

AzVision.az


Teqlər:





Xəbər lenti