Ermənistanda tutulun etirazçıların sayı 100-ə çatıb

Ermənistanda tutulun etirazçıların sayı 100-ə çatıb
  19 Aprel 2018    Oxunub:1889
İrəvanda aprelin 19-da keçirilən etiraz aksiyaları zamanı saxlanılan şəxslərin sayı 100-ə çatıb.

AzVision.az “News.am” istinadən xəbər verir ki, bu barədə Ermənistan polisinin ictimaiyyətlə əlaqələr və informasiya şöbəsinin əməkdaşı Edqar Canoyan bildirib.
“Saat 13.30-a olan məlumata əsasən polis bölmələrinə yüz nəfər gətirilib”, - Canoyan vurğulayıb.

Qeyd edək ki, İrəvanda aprelin 13-dən etibarən Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyaları keçirilir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Ermənistan   Etiraz  





Xəbər lenti