Daha iki bölgə büdcədən maliyyələşməyəcək
2015-cü il dövlət büdcəsinin tərkib hissəsi olan yerli xərclərə dövlət büdcəsi xərclərinin 8,1 faizi həcmində və yaxud 1239,0 mln. manat vəsait ayrılacaqdır ki, bu da 2013-cü ilə nisbətən 115,0 mln. manat və yaxud 7,6 faiz, 2012-ci ilin faktiki icra göstəricisinə nisbətən 383,0 mln. manat və ya 30,7 faiz çoxdur.
Belə ki, ilbəil şəhər və rayonların öz gəlirlərinin artımı təmin edilir və bu hesaba dövlət büdcəsinin mərkəşləşdirilmiş xərcindən yerli gəlir və xərcləri tənzimləmək üçün ayrılan maliyyə yardımının (dotasiyanın) yerli xərclərinin tərkibində xüsusi çəkisi azalır. 2014-cü il üçün ayrılan maliyyə yardımı 2013-cü illə müqayisədə 1,8 faiz azalaraq 52,1 faiz təşkil edəcək.
2014-cü ildə Sumqayıt, Şirvan şəhərləri və Abşeron rayonu ilə yanaşı, Mingəçevir şəhəri və İmişli rayonu da dövlət büdcəsindən mərkəzləşdirilmiş xərclərindən ayrılan maliyyə (dotasiyadan) imtina etməklə, yerli xərclərini öz gəlirləri hesabına ödəyəcəklər.
Yerli xərclərin 958,6 mln manat və ya 58,8 faizi təhsil xərclərinə, 249,0 mln manatı və 15,3 faizi səhiyyə xərclərinə, 236,8 manatı və ya 14,5 faizi mənzil və kommunal təsərrüfat xərclərinə, 87,5 mln manatı və ya 5,4 faizi icra hakimiyyəti orqanlarının saxlanılması və digər kateqoriyalara aid edilməyən xərclərə, 17,6 mln manatı və ya 1,1 faizi isə digər xərclərə yönəldiləcək.
AzVision.az