Ermənistan prezidenti etirazçıları dialoqa çağırdı

Ermənistan prezidenti etirazçıları dialoqa çağırdı
  20 Aprel 2018    Oxunub:1217
Ermənistan prezidenti Armen Sarkisyan etirazçı kütləni dialoqa çağırıb.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb.

"Dövlət başçısı olaraq yaranmış vəziyyətdən ən doğru çıxış yolunu tapmaq üçün tərəfləri dialoqa dəvət edirəm", - deyə A.Sarkisyanın müraciətində bildirilib.

Xatırladaq ki, Ermənistanda artıq bir neçə gündür Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı kütləvi etiraz aksiyaları keçirilir.

AzVision.az


Teqlər: Ermənistan   İrəvan  





Xəbər lenti