İlham Əliyev Putini təbrik etdi

İlham Əliyev Putini təbrik etdi
  07 Oktyabr 2013    Oxunub:938
Azərbaycan prezidenti İlham Əliyev Rusiya Federasiyasının prezidenti Vladimir Putinə təbrik məktubu göndərib.

Təbrikdə deyilir: “Ad gününüz münasibətilə ən səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.

Sizin rəhbərliyinizlə dost Rusiya dövlət və demokratiya təsisatlarının təkmilləşdirilməsi, iqtisadi, sosial və humanitar sahələrin dinamik inkişafı ilə bağlı genişmiqyaslı proqramların və layihələrin həyata keçirilməsində sanballı uğurlar qazanmışdır. Dünya arenasında ölkənizin mövqeyinin möhkəmlənməsi, beynəlxalq və regional məsələlərdə onun rolunun artması Sizin adınızla bağlıdır.

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərin yüksək səviyyəsini məmnuniyyətlə qeyd edirəm. Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin möhkəmlənməsinə Sizin şəxsi töhfənizi yüksək qiymətləndirirəm. Bu gün ölkələrimiz arasında çoxəsrlik dostluq və mehriban qonşuluq əlaqələri, əməkdaşlıq və strateji tərəfdaşlıq hərtərəfli inkişaf edir və genişlənir.

Sizin bu yaxınlarda Azərbaycana səfərinizi, mehribanlıq şəraitində görüşlərimizi və söhbətlərimizi səmimiyyətlə xatırlayıram. Əminəm ki, qarşılıqlı anlaşma, mehriban qonşuluq və konstruktiv dialoq xalqlarımızın və ölkələrimizin firavanlığı, regionda sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsi naminə ölkələrimiz arasında sıx əməkdaşlığın daim ayrılmaz tərkib hissəsi olacaq.

Hörmətli Vladimir Vladimiroviç, bu əlamətdar gündə Sizə cansağlığı, firavanlıq və uğurlar diləmək istəyirəm”.

AzVision.az


Teqlər:  





Xəbər lenti