İrəvanda gərginlik: Etirazçılar mərkəzi yolları bağlayır - (CANLI YAYIM)

İrəvanda gərginlik: Etirazçılar mərkəzi yolları bağlayır - (CANLI YAYIM)
  20 Aprel 2018    Oxunub:4684
Ermənistanda baş nazir Serj Sarkisyana qarşı etiraz aksiyalarına rəhbərlik edən Nikol Paşinyan bəyan edib ki, paytaxtda nəqliyyat kommunikasiyasını blokadaya alacaqlar.

AzVision.az xəbər verir ki, bu barədə “News.am” məlumat yayıb.
“Biz yük maşınları ilə yolların bloklanması əməliyyatına başlayırıq. Bu gün önəmli gündür”, - deyə Paşinyan qeyd edib. O, vurğulayıb ki, əgər plan baş tutsa, onda müxalifətin qələbəsinə bir neçə gün qalacaq.

Onun fikrincə, nəqliyyat vasitələrinin blokadası Sarkisyanın ölkədə vəziyyətə nəzarət etmədiyini göstərəcək.

Qeyd edək ki, Ermənistan polisi bu gün yaydığı məlumatda aksiyalarda iştirak edən 16 nəfərin saxlanıldığını bildirib.



Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti