“Putin və Tramp 100% müharibəyə imkan verməz” – Lavrov

“Putin və Tramp 100% müharibəyə imkan verməz” – Lavrov
  20 Aprel 2018    Oxunub:1474
"Rusiya və ABŞ liderləri Vladimir Putin və Donald Tramp, həmçinin bu ölkələrin hərbçiləri 100% hərbi toqquşmanın baş verməsinə yol verməzlər"

AzVision.az xəbər verir ki, bunu “RİA Novosti”yə müsahibəsində Rusiyanın xarici İşlər naziri Sergey Lavrov bildirib.
“Hərbi qarşıdurma riskləri haqqında suala qayıdarkən deyə bilərəm ki, 100% hərbçilər bunun baş verməsinə yol verməzlər. Təbii ki, buna nə prezident Putin, nə də Tramp imkan verər. Nə də olsa onlar öz xalqları tərəfindən seçilən liderlərdir, onlar sülh və sabitliyə görə öz xalqları qarşısında cavab verirlər”, - deyə Lavrov vurğulayıb.

Qeyd edək ki, aprelin 14-də ABŞ, Böyük Britaniya və Fransa Suriyadakı obyektlərə 100-dən çox qanadlı raket və “hava-yer” tipli raketlər atıb. Suriya hava hücumundan müdafiə vasitələri ölkə ərazisinə buraxılan 103 qanadlı raketdən 71-ni vurub.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Lavrov   Rusiya   Putin   Tramp  





Xəbər lenti