Ermənistanda tutulun etirazçıların sayı 37-ə çatıb

Ermənistanda tutulun etirazçıların sayı 37-ə çatıb
  20 Aprel 2018    Oxunub:1062
İrəvanda aprelin 20-də keçirilən etiraz aksiyaları zamanı saxlanılan şəxslərin sayı 37-ə çatıb.

AzVision.az “News.am”-a istinadən xəbər verir ki, bu barədə Ermənistan polisinin ictimaiyyətlə əlaqələr və informasiya şöbəsinin əməkdaşı Edqar Canoyan bildirib.
“Hazırda polis bölmələrinə 37 nəfər gətirilib”, - Canoyan vurğulayıb.

Qeyd edək ki, İrəvanda aprelin 13-dən etibarən Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyaları keçirilir.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Ermənistan   İrəvan  





Xəbər lenti