Putin Trampla görüşə hazırdır

Putin Trampla görüşə hazırdır
  20 Aprel 2018    Oxunub:768
Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla görüşə hazırdır.
AzVision.az “Ria Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Səfər barədə hələlik məlumat yoxdur. Əgər hər hansı bir inkişaf olarsa, rəsmi Moskva mütləq bununla bağlı məlumat yayacaq. Telefon söhbəti zamanı ABŞ prezidenti Vladimir Putini Ağ Evdə görməyə şad olacağını bildirib. Biz amerikalı həmkarlarımıza belə bir görüşün konkretləşdirilməsini istədiyimizi çatdırmışıq. Prezident Putin belə görüşə hazırdır”, - deyə Lavrov əlavə edib.

AzVision.az


Teqlər: Putin   Tramp  





Xəbər lenti