İrəvanda polis vəhşiliyi - Gənc oğlanı yerlə sürüdülər (VİDEO)
AzVision.az xəbər verir ki, bu barədə erməni mətbuatı videogörüntü yayıb. Belə ki, Ermənistan polisinin xüsusi təyinatlıları yeniyetməyə güc tətbiq edərək onu məcburi qaydada polis idarəsinə aparmaq istəyiblər.
Qeyd edək ki, Ermənistanda keçirilən etiraz aksiyalarında onlarla insan həbs edilib, polislə baş verən toqquşmalarda ən azı 20 nəfər xəsarət alıb.
İlkin Nəcəfzadə
AzVision.az
Teqlər: Ermənistan Aksiya