"Separatçılara anoloji cavab verilməlidir" - Kosaçev Qarabağdan danışdı

"Separatçılara anoloji cavab verilməlidir" - Kosaçev Qarabağdan danışdı
  20 Aprel 2018    Oxunub:1680
“Dövlətlərin ərazi bütövlüyü toxunulmazdır. Xalqlar öz müqəddəratını həll etmək hüququna malikdir. Bu, yalnız ultimatum yolu ilə olmamalıdır və danışıqlar vasitəsi ilə öz həllini tapmalıdır”.
AzVision.az xəbər verir ki, bunu rusiyalı senator Konstantin Kosaçev Rusiya Federasiya Şurasının Beynəlxalq İşlər üzrə Komitəsində “Dövlət sərhədlərinin toxunulmazlığı və xalqların öz müqəddəratını təyin etməsi hüququ: Hüquqi və siyasi aspektləri” mövzusunda keçirilən dəyirmi masada çıxışında deyib.

Onun sözlərinə görə, dövlətlər öz ərazilərində separatçıların silahdan istifadə etməsinə anoloji cavab verməlidir. Rusiyalı senator çıxışında Dağlıq Qarabağ münaqişəsindən də söz açıb.

“Hərbi gücdən 1980-ci illərin sonu, 1990-ci illərin əvvəlində Cənubi Osetiya, Abxaziya, Dnestryanı və Dağlıq Qarabağda istifadə edilib”.

Kosayev qeyd edib ki, beynəlxalq hüquqda hazırda ikilistandratlar mövcuddur: “Bu, bir çox münaqişələrin nizamlanmasında özünü göstərir. Beynəlxalq hüquq müasir çağırışlara cavab verə bilmir”.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Kosaçev   Rusiya   Qarabağ  





Xəbər lenti