Tehrana növbəti xəbərdarlıq

Tehrana növbəti xəbərdarlıq
  05 Mart 2013    Oxunub:1565
İranın Parçin bazasındakı gizli fəaliyyəti beynəlxalq ictimaiyyəti narahat edir
Avstriyanın paytaxtı Vyanada keçirilən Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) iclasında İranın nüvə proqramı ilə bağlı rəsmi Tehrana növbəti dəfə xəbərdalıq edilib.

Agentliyin rəhbəri Yukiya Amano çıxışı zamanı bildirib ki, İranın Parçin bazasındakı gizli fəaliyyəti beynəlxalq ictimaiyyəti narahat edir. Onun sözlərinə görə, İran hökuməti sözügedən bazada hansı işlərin görüldüyünü agentliklə əməkdaşlıq çərçivəsində açıqlamalıdır.

Qeyd edək ki, indiyə qədər BAEA ilə İran arasında baş tutsn 9 görüşün heç birində hər iki tərəfi qane edəcək nəticələr əldə olunmayıb.


Teqlər:  





Xəbər lenti