“Neftin qiyməti 80 dollara çata bilər” - Novak

“Neftin qiyməti 80 dollara çata bilər” - Novak
  20 Aprel 2018    Oxunub:1315
“Neftin qiyməti aprel ayında 80 dollara çata bilər”.
AzVision.az "Ria Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiyanın energetika naziri Aleksandr Novak neftin qiymətinin bu həddə çata biləcəyini ehtimalı ilə bağlı suala cavabda deyib. Onun sözlərinə görə, neftin qiymətinə geosiyasi amillər təsir göstərə bilər:

"Hər şey ola bilər. İstisna etmirəm. Amma mənim fikrimcə bugünkü gün üçün, bu, neftin fundamental qiyməti deyil".

Qeyd edək ki, son həftələrdə neftin qiyməti təxminən 3,5 ilin maksimumuna çatıb. Lakin buna baxmayaraq bəzi neft istehsalçıları “qara qızıl”ı daha yüksək qiymətə satmağı arzulayır. Neftin qiymətinin bahalaşması isə öz növbəsində artan tələbatı yavaşlada bilər

AzVision.az


Teqlər: Rusiya   Neft  





Xəbər lenti