Rusiyanın iqtisadi inkişaf naziri Bakıya gəlir

Rusiyanın iqtisadi inkişaf naziri Bakıya gəlir
  21 Aprel 2018    Oxunub:1372
Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin aprelin 22-də Bakıya səfərə gələcək.
AzVision.az xəbər verir ki, bu barədə Trend-ə hökumətdəki mənbə bildirib.

Mənbənin sözlərinə görə, səfər çərçivəsində rusiyalı nazirin Azərbaycanın iqtisadiyyat nazirinin səlahiyyətlərini icra edən Şahin Mustafayev və digər hökumət nümayəndələri ilə görüşü planlaşdırılır. M.Oreşkinin Azərbaycana səfərinin bazar ertəsi yekunlaşacağı bildirilib.

Qeyd edək ki, rusiyalı nazir sonuncu dəfə Azərbaycanda ötən ilin dekabrında olub.

AzVision.az


Teqlər: Rusiya   İqtisadiyyat-Nazirliyi  





Xəbər lenti