İrəvanda etirazçılar aeroport yolunu bağladılar

İrəvanda etirazçılar aeroport yolunu bağladılar
  21 Aprel 2018    Oxunub:1636
İrəvanda etirazçılar bu gün axşam saatlarında Zvartnos hava limanı istiqamətində magistral yolu bağlayıblar.
AzVision.az TASS-a istinadən xəbər verir ki, 100-dən çox nümayişçi aeroportun yolunu avtomobillərlə blokadaya alaraq hökumət əleyhinə şüarlar səsləndiriblər. Etirazçı kütlə polisin çağırışlarına məhəl qoymayıb.

Qeyd edək ki, Ermənistanda etiraz aksiyaları artıq 8 gündür davam edir. Məlumata görə, təkcə bu gün polis aksiyada iştirak edən 233 nəfəri həbs edib.

Etirazlar hazırda davam edir.

AzVision.az



Teqlər: Ermənistan   İrəvan  





Xəbər lenti