`The National Interest` İlham Əliyevdən yazdı

`The National Interest` İlham Əliyevdən yazdı
  08 Oktyabr 2013    Oxunub:1350
Birləşmiş Ştatların məşhur jurnalı Azərbaycandan və ölkə başçısının Rusiya və qərb siyasətindən bəhs edən məqalə dərc edib.
Birləşmiş Ştatların məşhur `The National Interest` (Milli Maraqlar-ing.) jurnalı Qafqazda Kontrast adlı məqalə dərc edib. Juranalın `Qafqaz şöbəsi`nin politoloqu müəllif Aleksandros Petersen ölkəmiz haqqında kifayət qədər biliklidir. Çox zaman qıraqdan gördükləri, eşitdiklərin yazmaqdan çəkinməyən qərbli həmkarlarımızdan fərqli olaraq bu dəfə ölkəmizdən məlumatlı olan bir müəllifin yazısın oxuyuruq.

Amma Petersen Azərbaycan faktoruna sırf milli maraqlar prizmasından baxaraq məqalədə Azərbaycan və Ermənistan kontrastların gətirərək Birləşmiş Ştatların niyə hər iki ölkəyə eyni gözlə baxdığın sual edir. Azərbaycanın Birləşmiş Ştatların əsaslı müttəfiqi olmasını, Ermənistanın da əksinə Rusiyaya bağlı bir ölkə olmasını göstərəndə sualın əbəs yerə qoyulmadığı məlum olur.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyində də mühüm rol oynadığını deyən müəllif, Xəzər dənizindən İtaliyaya qədər tikələcək oradan da mərkəzi Avropaya qədər uzanan neft kəmərinin strateji vacibliyindən söz açdı. Bunlara baxmayaraq Birləşmiş Ştatların hələ də Ermənistanın nazı ilə oynaması qınaq yazıda qınandı.

ABŞ-də bu baxışın səbəbin erməni lobbisinin konqresdəki dostları ilə əlaqələndirən müəllif, Rusiya kimi böyük bir ölkə ilə münasibətləri pozmadan Azərbaycanın müttəfiq qalmasın isə ölkə prezidenti ilə əlaqələndirdi. Rusiya Azərbaycan münasibətindən danışan Pettersen Vladimir Putinin Azərbaycana səfərini ön plana çəkdi. “Putinin MDB məkanlarına səfər edərkən heç də sözəbaxan olmur, kamera qabağında protola əsasən, amma kadr arxasında melodiyasın dəyişən olur. Amma İlham Əliyevlə görüşü zamanı həm ictimaiyyət həmdə şəxsi danışıqlarda hörmət göstərirdi. Bu Azərbaycanın regionda və dünyada artan reytinqi ilə bağlıdır. Putin səfərinə `sağ əli` sayılan dövlət tərəfindən idarə olunan neft şirkəti `Rosneft`in rəhbərin və Nazirlər Kabinetinin 6 üzvü ilə gəlmişdi. Putin bir az da güc göstərmək niyyətində idi. Rusiyanın hərbi gəmiləri də Bakı portuna prezidentlərin tanışlığı çün gətirilmişdi. Amma bütün bu səylərə baxmayaraq Putin Azərbaycandan əli boş gedir. Azərbaycanda prezident seçkiləri gəlir. Rusiyanin maliyyələşdirdiyi namizədlərin olmasına baxmayaraq Putin neft-qaz sahəsində istədiyi müqavilələri imzalamağa Azərbaycanı sövq edə bilmir.” deyə məqalədə bildirilir.

Müəllif gömrük ittifaqın SSRİ ilə bir tutaraq Rusiyanın Azərbaycanı bu ittifaqa da üzv olmasını məcbur edə bilmədiyin vurğulayır, halbu ki, Ermənista artıq onun üzvüdür. Bu ittifaqa da üzv olduqdan sonra Avropa İttifaqının genişləndirilməsi üzrə komissarı Ştefan Fyulenin `Ermənistanın qərbə inteqrasiyasın təsəvvür etmək çətindir` sitatı da məqalədə yer alır.

Müəllif bu və digər fərqləndirmədən sonra Amerika Birləşmiş Ştatlarının bu iki ölkəyə eyni baxış açısından baxmasının düz olmadığını və bunun milli maraqlar cavab vermədiyini bildirir.

Məqaləni aşağıdakı göndərişdə oxuya bilərsiz. https://azvision.az/redirect.php?url=http://nationalinterest.org/commentary/contrast-the-caucasus-9192


Teqlər:





Xəbər lenti