"Moskvanı az dinləyin..." - Saakaşvili Sarkisyana səsləndi

"Moskvanı az dinləyin..." - Saakaşvili Sarkisyana səsləndi
  21 Aprel 2018    Oxunub:2219
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Ermənistan rəhbərliyini dərhal nümayişçilərlə dialoqa başlamağa çağırıb.

AzVision.az xəbər verir ki, bu barədə Saakaşkili “Facebook” səhifəsində yazıb.
"Ermənistan xalqının gələcəyi üçün çox narahatam. Ermənistanda hakimiyyətdə olan bütün dostlarımı nümayişçilərlə dialoqa başlamağa və onları dinləməyə çağırıram. Ümumiyyətlə, Moskvanı az dinləyin və imitasiya edin. Öz xalqınıza yaxın olun" - deyə Saakaşvili vurğulayıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Saakaşvili   Gürcüstan  





Xəbər lenti