Türkiyədə 3 partiya seçkiyə görə birləşdi

Türkiyədə 3 partiya seçkiyə görə birləşdi
  21 Aprel 2018    Oxunub:1117
Türkiyədə iyunun 24-də keçiriləcək növbədənkənar prezident və parlament seçkilərinə Ədalət Partiyası, Doğru Yol Partiyası, Ana Vətən Partiyası birlikdə qatılacaq.
AzVision.az-ın məlumatına görə, bu barədə partiya sədrlərinin toplantısında qərar verilib.

Seçkiyə 64 gün qalmış formalaşdırılan ittifaqın qərarına görə, hər üç partiya seçkidə birlikdə hərəkət edəcək. Partiyaların seçkidə kimə səs verəcəkləri isə yaxın zamanda açıqlanacaq.

Kənan Məmmədov
AzVision.az


Teqlər:





Xəbər lenti