Afrində indiyədək 4254 terrorçu məhv edilib

Afrində indiyədək 4254 terrorçu məhv edilib
  21 Aprel 2018    Oxunub:878
Son bir həftə ərzində Türkiyənin Tunceli, Diyarbakır, Şırnak bölgəsi və İraqın şimalındakı əməliyyatlarda 37 terrorçu zərərsizləşdirilib. Onlardan ikisi terrorçu qrupun lideridir.
AzVision.az xəbər verir bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bildirilib ki, keçirilən antiterror əməliyyatlarında 5 hərbçi şəhid olub, 9 əsgər isə yaralanıb.

Baş Qərargahın məlumatına əsasən, Afrində "Zeytin budağı" əməliyyatında indiyədək 4254 terrorçu zərərsizləşdirilib, 53 hərbçi şəhid olub. 232 hərbi qulluqçu isə yaralanıb.

AzVision.az


Teqlər: Türkiyə   Terrorçu   Afrin  





Xəbər lenti